Azərbaycanda 72 əmlak satışa çıxarılacaq | Banco.az

Azərbaycanda 72 əmlak satışa çıxarılacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 19-da təşkil olunacaq hərraca 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil çıxarılacaq.

Banco.az quruma istinadən xəbər verir ki, özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var.

Məlumata görə, Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Sentyabrın 26-da keçiriləcək hərraca isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et