Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir | Banco.az

Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir

Avropa İttifaqının (Aİ) 13 ölkəsi təşkilatın rəhbərliyinə ünvanladığı məktubda idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi tətbiq etməyə çağırıb.

Bu barədə İtaliyanın “Il Sole 24 Ore” nəşri məlumat yayıb.

“Getdikcə daha çox Aİ ölkəsi maksimum qiymət həddinin tətbiqi ilə bağlı çağırışlara qoşulur. Bu, ölkələrə inflyasiyanın təsiri ilə mübarizə aparmağa, təchizatçı şirkətlərin həddindən artıq mənfəət əldə etməsini məhdudlaşdırmağa yardım göstərə biləcək yeganə tədbirdir”, - müraciətdə deyilir.

Bu məktuba İtaliya, İspaniya, Polşa, Yunanıstan, Belçika, Malta, Litva, Latviya, Portuqaliya, Sloveniya, Slovakiya, Xorvatiya və Rumıniya imza atıb.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et