Avropada qazın qiyməti 2000 dollar istiqamətində artmağa davam edir | Banco.az

Avropada qazın qiyməti 2000 dollar istiqamətində artmağa davam edir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 950 ABŞ dollarına çatıb.

7 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 945,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 7,9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et