Avropa Komissiyası “Oreo” və “Milka” istehsalçısını 337,5 milyon avro cərimələyib | Banco.az

Avropa Komissiyası “Oreo” və “Milka” istehsalçısını 337,5 milyon avro cərimələyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa Komissiyası Amerika qənnadı şirkəti “Mondelezi” (“Oreo”, “Alpen Gold”, “Milka”  istehsalçısı) Aİ-nin antiinhisar qanunlarını pozduğuna, o cümlədən şokolad bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 337,5 milyon avro məbləğində cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədr müavini Marqret Vestaqer Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Avropa Komissiyası Avropa rəqabət qaydalarını pozaraq, şokolad, peçenye və qəhvə məhsulları ilə Aİ ölkələri arasında transsərhəd ticarət qaydalarını pozduğuna görə “Mondelez”i 337,5 milyon avro cərimələyib",- deyə Vesaqer qeyd edib.

Avropa Komissiyasının 2015-2019-cu illər arasında korporasiyanın işi ilə bağlı araşdırması nəticəsində Avropanın antiinhisar qaydalarını pozan biznes təcrübələrindən qəsdən istifadə edilməsinə dair 22 fakt müəyyən edilib.

Komissiyanın məlumatına görə, şirkət 2012-2019-cu illər arasında Avropa İttifaqında topdansatışçıların məhsullarını yenidən sata biləcəyi əraziləri məhdudlaşdırmaqla qanunu pozub. Bundan əlavə, 2006-cı ildən 2020-ci ilə qədər şirkət distribyutorların digər Avropa ölkələrində məhsulların satışı ilə bağlı müraciətlərə cavab verməsinin qarşısını alıb. Nəticədə qonşu Aİ ölkələrində “Mondelez” məhsullarının qiymət fərqi 40%-ə çata bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Mondelez” dünyanın 150 ölkəsində təmsil olunur və “Alpen Gold”, “Milka”, “Picnic”, “Jacobs”, “Carte Noire”, “C te D’Or” və digər brendlərin sahibidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et