20 sentyabr 2021-ci il tarixində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Komitə Üzvlərinin iştirakı ilə görüş keçirildi. Görüşdə ARPA Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov, Komitənin üzvləri Elsevər İbadov, Abdulkərim Sadıqov, Radil Fətullayev, ARPA İdarə Heyətinin sədri Günay Şahbazova və digər şəxslər iştirak etdilər.
Görüş çərçivəsində “Peşəkar Mühasib Sertifikatı”, sertifikat imtahanlarına hazırlıq prosesində Peşəkar Mühasib təşkilatı kimi fəaliyyət göstərən ARPA-nın üzərinə düşən vəzifə və öhdəliklər, həmçinin Peşəkar Üzvlük kimi məsələlər müzakirə olundu.
Sonda isə görüş iştirakçıları tərəfindən imtahan verəcək namizədlər üçün “Peşəkar Mühasib Sertifikatı”nın verilmə qaydaları və imtahanlarla bağlı hər hansı bir anlaşılmaz məqamların qalmaması üçün yaxın günlərdə ARPA-nın təşkilatçılığı ilə seminar keçirilməsi təklif olundu.
Bizi sosial şəbəkələrdən izləyin!!