Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşdı | Banco.az

Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşdı

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir müvafiq layihənin istehsal sektorunu stimullaşdıracağını qeyd edib:

”Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et