"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib | Banco.az

"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib

"Apple" şirkətinin səhmləri ötən həftə son 17 ayın ən sərt azalmaya məruz qalıb. "Report"un "Interfax" agentliyinə istinadən verdiyi xəbərə görə, azalmaya səbəb "IPhone 8"-in gözlənilən zəif satışı göstərilir.

"Apple" səhmlərinin qiyməti sentyabrın 22-də 1,5% azalma, ötən həftənin tamamında isə 5,1% azalma göstərib. Nəticədə, "Apple"ın kapitallaşması 43 mlrd. dollardan çox azalıb. "Report" xəbər verir ki, ötən həftəyə 160,11 dollardan başlayan "Apple" səhmləri həftəni 151,89 dollarda tamamlayıb.

"Above Avalon" texnologiya araşdırmaları şirkətinin analitiki Neyl Kibarta görə, "IPhone 8"-in ilk həftə satışları son 3 ilin ən minimal səviyyəsində baş tuta bilər. Xatırladaq ki, ötən həftənin əvvəli "Apple Watch 3" model saatlarda yaranan bağlantı problemi həmçinin şirkətin səhmlərinə mənfi təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu "Apple" başda olmaqla texnologiya şirkətlərinin səhmlərində satışların başlaya biləcəyini proqınozlaşdırır. Belə ki, hazırda bu şirkətləri təmsil edən "NASDAQ" texnologiya indeksi sentyabrın 22-də tarixi rekord hədd olan 6 477 bəndə çatıb və günü 6 425 bənd səviyyəsində tamamlayıb. Qiymətlərin yüksək səviyyələrdə olması isə satışın başlaması üçün əsas təşkil edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et