Almaniya hidrogen infrastrukturuna 20 milyard avro sərmayə qoymaq istəyir | Banco.az

Almaniya hidrogen infrastrukturuna 20 milyard avro sərmayə qoymaq istəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın qaz ötürmə operatorları 2032-ci ilə qədər hidrogen boru kəməri sisteminin yaradılması üçün ölkənin Federal Şəbəkə Agentliyinə (BNetzA) ərizə təqdim ediblər.

Banco.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, hidrogen şəbəkəsinin 9666 km uzunluğunda olması gözlənilir (boru kəmərlərinin təxminən 60%-i mövcud qaz kəmərlərindən çevriləcək, çünki yeni hidrogen kəmərinin tikintisi 5-8 il çəkə bilər və Almaniya qaz istehlakını azaltmağı planlaşdırır). Gözlənilən investisiyalar 19,7 milyard avro təşkil edəcək. Giriş və çıxış gücləri müvafiq olaraq təxminən 100 GW və 87 GW təşkil edir.

Bununla yanaşı, artıq 2030-cu ildə hidrogenə olan tələbatın idxal hesabına 50-70% ödəniləcəyi gözlənilir. Beləliklə, Almaniyanın şimal-qərbində qonşu ölkələrdən (məsələn, Danimarka, Norveç və ya Hollandiya) bir neçə idxal məntəqəsi planlaşdırılır.

“BNetzA” qeyd edir ki, iqlim neytrallığı məqsədinə nail olmaq üçün Almaniyanın təbii qaz tələbatları 2045-ci ilə qədər azalmağa davam edəcək, lakin qalan boru kəmərləri şəbəkəsinin gözlənilən təbii qaz tələbatını ödəyə bilməsini təmin etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik təklif olunan layihələrin qanuni tələblərə uyğun olub-olmadığını yoxlayacaq. Müraciətlərin iki ay ərzində təsdiqlənməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et