Aktivlərinin həcminə görə bankların renkinqi (15.09.2015) | Banco.az

Aktivlərinin həcminə görə bankların renkinqi (15.09.2015)

Banco.az portalı, 2015-cü ilin ikinci rübünün yekunlarına əsasən bankların aktivlərin həcminə görə sıralamasını Sizə təqdim edir. Bu reytinq bankların illik və rüblük maliyyə hesabatları və əsasən balans hesabı əsasında tərtib edilib. Bəzi Bankların rəsmi saytlarında  2015-ci ilin 2-ci rübünə olan rəqəmlər yer almadığından renkinqdə daha öncəki tarixlərə olan rəqəmlər əks olunub.

Cədvəl Bankların rəsmi saytlarında verilən məlumatlara əsasən tərtib olunub. Təəssüf ki, cəlvəldən gördüyünüz kimi, bir çox bank 2015-cü illə bağlı rəqəmləri açıqlamaqdan çəkinir və bununla da Mərkəzi Bankın tələblərini pozmuş olurlar.

İlk beşlik isə belə görünür: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Paşa Bank, Xalq Bank və AccessBank

Bankın adı

Aktivlər

Tarix

Beynəlxalq Bank

9 198 768 000

30.12.2014

Kapital Bank

1 695 117 210

30.06.2015

Paşa Bank

1 644 468 860

30.06.2015

Xalq Bank

1 193 629 520

30.01.2015

AccessBank

1 156 302 365

30.06.2015

Unibank

961 196 686

30.03.2015

Bank of Baku

797 842 290

31.03.2015

Bank Respublika

695 714 000

30.06.2015

Atabank

615 601 000

31.03.2015

Bank Technique

541 934 590

30.12.2014

AGBank

498 096 498

30.01.2015

ASB Bank

485 680 030

30.06.2015

Dəmirbank

480 166 300

01.03.2015

Muğanbank

434 369 000

30.06.2015

Turanbank

391 316 538

30.06.2015

Azər Türk Bank

391 053 890

30.06.2015

Yapı Kredi Bank Azərbaycan

373 490 422

30.03.2015

Nikoil Bank

362 768 000

30.12.2014

Rabitəbank

340 971 000

30.06.2015

VTB Bank Azərbaycan

339 831 250

30.06.2015

Zaminbank

318 106 885

30.12.2014

Bank Silk Way

293 340 740

30.06.2015

AFB Bank

288 384 535

30.06.2015

Expressbank

278 787 000

30.06.2015

Amrahbank

207 145 377

30.12.2014

Parabank

186 913 223

30.06.2015

Qafqaz İnkişaf Bankı

156 955 386

30.06.2015

NBC Bank

147 526 000

30.06.2015

Kredo Bank

142 835 384

30.12.2014

Bank BTB

138 759 930

01.10.2014

Gəncəbank

122 864 850

30.06.2014

AtraBank

110 765 193

30.06.2015

Bank Avrasiya

95 878 800

30.12.2014

Gunay Bank

87 491 979

30.12.2014

United Credit Bank

68 763 020

01.07.2014

Deka Bank

64 052 381

01.10.2014

Ən sərfəli kredit üçün müraciət et

Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Hər hansı bir bankın aktivləri sırasında yer ala bilər:

• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
• İnvestisiya və ya ticarət üçün qiymətli kağızlar
• Müştərilərə verilmiş kreditlər,
• Banklara, dövlətə və ya digər orqanlara verilmiş kreditlər
• İnvestisiya əmlakı
• Əmlak və avadanlıqlar
• Qeyri-maddi aktivlər (müxtəlif proqram təminatları və s.)