TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib | Banco.az

TikTok bu ilin birinci rübündə Azərbaycanda 590 mindən çox video silib

Müəllif: Gülnar Əhmədli, Banco.az

TikTok-un 2026-cı ilin yanvar-mart aylarını əhatə edən hesabatına əsasən, Azərbaycanda platformadan 590 880 video silinib.

Banco.az xəbər verir ki, əlumata görə, silinən videoların sayı platformada yayımlanan bütün videoların 0,3%-ni təşkil edib.

Silinən məzmunun 99,4%-i istifadəçilər tərəfindən şikayət edilməzdən əvvəl proaktiv şəkildə aşkarlanaraq platforma tərəfindən silinib.

Hesabatda bildirilir ki, silinən videoların 95,7%-i ilk 24 saat ərzində platformadan götürülüb. Bu isə qaydaları pozan məzmunun qısa müddətdə müəyyən edilərək aradan qaldırıldığını göstərir.

Bununla yanaşı, hesabat dövründə 27 885 video yenidən bərpa olunub. Bu, əvvəlcə silinsə də, sonradan aparılan yoxlamalar nəticəsində platformanın qaydalarını pozmadığı müəyyən edilən videoları əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram