Asiyanın ən dəyərli şirkəti rekord gəlir əldə etdi | Banco.az

Asiyanın ən dəyərli şirkəti rekord gəlir əldə etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Çip istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Taiwan Semiconductor Manufacturing Co." (TSMC) 2026-cı ilin ikinci rübündə gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq rekord göstəriciyə imza atıb.

Banco.az xəbər verir ki, TSMC-nin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 36% artaraq  39,6 milyard ABŞ dollarına çatıb.

Şirkətin maliyyə nəticələrinə əsasən, təkcə iyun ayında gəlir illik müqayisədə 67,9% artaraq  14 milyard ABŞ dolları olub. Bu göstərici may ayı ilə müqayisədə isə 6%-dən çox yüksəkdir.

Mütəxəssislər gəlirlərdəki artımı süni intellekt texnologiyalarına artan qlobal tələbatla əlaqələndirirlər. Süni intellekt tətbiqlərində istifadə olunan yüksək performanslı çiplərə artan ehtiyac TSMC-nin sifarişlərini əhəmiyyətli dərəcədə artırıb.

Qeyd edək ki, TSMC 2025-ci ilin dördüncü rübündə də rekord maliyyə nəticələri açıqlamışdı. Həmin dövrdə şirkətin xalis mənfəəti illik müqayisədə 35% artarıb. Bu, şirkətin ardıcıl yeddinci rüb üzrə ikirəqəmli mənfəət artımı olub.