Aİ fərdi investorlara dəstək üçün yeni tənzimləmə hazırlayıb | Banco.az

Aİ fərdi investorlara dəstək üçün yeni tənzimləmə hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) üzv ölkələrdə kiçik fərdi investorların maliyyə bazarlarına çıxış imkanlarını artırmağa çalışır.

Banco.az xəbər verir ki, Avropa Komissiyası kapital bazarları ittifaqı çərçivəsində üzv ölkələrdə fəaliyyət göstərən fərdi investorları qorumaq və gücləndirmək üçün yeni qaydaları ehtiva edən tənzimləmə paketini təqdim edib.

Tənzimləmələrə görə, bundan sora fərdi investorların ehtiyac və seçimlərinə uyğun olaraq investisiya qərarları verməsi və onların qorunması təmin ediləcəkdir. Bununla da, ayrı-ayrı investorların bazarlara inamı və investisiya qoyuluşlarının məbləği artacaqdır.

Həmçinin bildirilib ki, yeni tənzimləmələrdən sonra fərdi investorlara investisiya məhsulları və xidmətləri haqqında məlumatların verilməsi üsulları təkmilləşdiriləcək. İnvestisiya məhsullarında yarana biləcək maraqların toqquşması hallarının qarşısı alınacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram