ABŞ Çində texnologiya investisiyalarını məhdudlaşdıran qaydaları dərc edib | Banco.az

ABŞ Çində texnologiya investisiyalarını məhdudlaşdıran qaydaları dərc edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ administrasiyası Çinə müəyyən yarımkeçiricilər, kvant və süni intellekt sistemlərinə investisiyaları məhdudlaşdıran yekun qaydaları açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda Çin tərəfindən ölkənin hərbi tətbiqlərini ehtiva edən ən son texnologiya məhsullarının inkişafına sərmayəni məhdudlaşdıran tənzimləmələrə yer verilib.

ABŞ prezidenti Co Baydenin ötən il məsələ ilə bağlı verdiyi fərmanına işarə edilən bəyanatda onun həyata keçirilməsi qaydalarının müəyyən edildiyi bildirilib.

Bəyanatda investisiyaların məhdudlaşdırıldığı texnologiya sahələri yarımkeçiricilər və mikroelektronika, kvant informasiya texnologiyaları və bəzi süni intellekt sistemləri kimi qeyd edilib və qaydaların 2 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram