2020 Yay Olimpiya Oyunları tarixin ən bahalı tədbiri olacaq - Qiymət | Banco.az

2020 Yay Olimpiya Oyunları tarixin ən bahalı tədbiri olacaq - Qiymət

Tamara Mustafayeva, Banco.az

Tokioda 23 iyul tarixində başlayan və 8 avqusta qədər davam edəcək 2020 Yay Olimpiya Oyunları tarixin ən bahalı tədbiri olacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2020 Tokio Olimpiadasının ümumi dəyərinin təqribən 26 milyard avro olduğu ehtimal edilir. 

206 ölkədən 11 mindən çox idmançının yarışacağı turnirdə 36 idman növü üzrə ümumilikdə 339 medal veriləcək. İdman turnirinin ölkə xaricindən heç bir ziyarətçi qəbul edilmədən keçirilməsi səbəbindən Yaponiya iqtisadi baxımdan xeyir götürməyəcək.

Qeyd edək ki, dünya miqyasındakı sponsorluqlar istisna olmaqla, Yaponiyadan 60 yerli şirkətin sponsor olduğu Tokio Olimpiadasında təqdimat stendləri quraşdırmaq və şənliklər təşkil etmək də qadağan edilib. 3 milyard dollardan çox rekord məbləğdə ödəniş edildikdən sonra bəzi şirkətlər sponsorluqdan imtina ediblər. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et