2015-ci ilin ilk aylarında sığorta siniflərinin maliyyə göstəriciləri | Banco.az

2015-ci ilin ilk aylarında sığorta siniflərinin maliyyə göstəriciləri

Banco.az saytı olaraq cari ilin ilk 2 ayı ərzində könüllü və icbari sığorta növləri üzrə  həyata keçirilən haqq və ödənişlərlə bağlı araşdırma etmişik. Azərbaycan Respublikasi Maliyyə Nazirliyi Dövlət Siğorta Nəzarəti Xidməti-nin rəsmi saytına istinadən yanvar-fevral ayları ərzində könüllü sığorta üzrə edilən haqq və ödənişlərin miqdarı, icbari sığortaya nisbətdə iki dəfədən artıq olub.

Könüllü sığortanın ən çox müraciət və ödəniş edilən növü Qeyri Həyat sığortası olub. 2015-ci ilin yanvar-fevral ayları ərzində könüllü sığortanın bu növü üzrə edilən sığorta haqqının miqdarı 58 782 615,46 mln, sığorta ödənişinin miqdarı isə 13 543 517,70 mln manat olub. Növbəti pillələrdə isə ardıcıl olaraq Şəxsi, Əmlak və Həyat sığortası qərarlaşıb.

Həyat sığortasının annuitet sığortası və əmək qabiliyyətinin sığortası kimi növlərində heç bir haqq və ödəniş həyata keçirilməyib. Göstərilən vəziyyət, Əmlak sığortasının 7 növündə müşahidə olunub.

Icbari sığortada da nisbət təxminən eynidir. Belə ki, bu sinifdə də ən çox haqq və ödəniş Qeyri-həyat sığortası üzrə edilib. (sığorta haqqı 23 354 307mln, sığorta ödənişi 56 6 091 286,11 mln manat). Adı çəkilən növün 8 yarımqrupu üzrə müraciət edilməyib, həmçinin heç bir xərc çəkiməyib.

Hər iki sinfə məxsus statistik məlumatlarla aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

   

(manatla)

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

könüllü sığortalar üzrə - cəmi 

72 792 423,70

17 297 674,97

 o cümlədən:

 

 

Həyat sığortası üzrə

14 009 808,24

3 754 157,27

 o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

3 829 461,03

555 730,81

həyatın yaşam sığortası

10 069 466,62

3 198 426,46

annuitet sığortası

0,00

0,00

əmək qabiliyyətinin sığortası

0,00

0,00

sağalmaz xəstəliklərdən sığorta

110 880,59

0,00

Qeyri-həyat sığortası üzrə

58 782 615,46

13 543 517,70

 o cümlədən:

 

 

Şəxsi sığorta

32 027 495,15

8 486 578,38

 o cümlədən:

 

 

fərdi qəza və xəstəlik sığortası

2 348 491,45

181 121,67

tibbi sığorta, o cümlədən

29 437 723,75

8 267 501,00

xaricə səfər edən vətəndaşların sığortası

241 279,95

37 955,71

Əmlak sığortası

26 755 120,31

5 056 939,32

 o cümlədən:

 

 

əmlakın sığortası

21 477 448,75

4 972 970,67

 o cümlədən:

 

 

əmlakın yanğından və digər risklərdən sığortası

6 919 542,54

395 001,37

avtonəqliyyat vasitələrinin sığortası

5 588 230,94

4 382 685,16

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

21 408,75

0,00

hava nəqliyyatı vasitələrinin sığortası

5 624 883,83

0,00

su nəqliyyat vasitələrinin sığortası

630 935,49

0,00

yüklərin (nəqliyyat) sığortası

1 838 333,74

80 191,75

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

12 327,00

10 633,84

kənd təsərrüfatı heyvanlarının sığortası

622 686,46

104 458,55

əmlakın sığortası ilə bağlı digər siniflər

219 100,00

0,00

o cümlədən :

 

 

işçilərin dələduzluğu sığortası

219 100,00

0,00

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

0,00

0,00

titul sığortası

0,00

0,00

mülki məsuliyyətin sığortası

5 092 005,98

29 392,56

 o cümlədən:

 

 

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

178 412,77

11 425,16

dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

0,00

0,00

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1 735 229,61

0,00

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

497 496,26

0,00

yük daşıyanın mülki məsuliyyətinin sığortası

1 089,52

784,40

mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası

281 247,28

0,00

peşə məsuliyyətinin sığortası

17 008,16

0,00

işəgötürənin məsuliyyət sığortası

135 716,70

1 411,30

ümumi mülki məsuliyyətin sığortası

2 245 805,68

15 771,70

hüquqi xərclərin sığortası

0,00

0,00

kredit sığortası

185 665,58

54 576,09

 o cümlədən:

 

 

kreditlərin sığortası

165 094,58

54 576,09

ipoteka sığortası

20 571,00

0,00

qarışıq maliyyə risklərinin sığortası

0,00

0,00

 o cümlədən:

 

 

əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta

0,00

0,00

işin dayanması ilə bağlı risklərdən sığorta

0,00

0,00

İcbari sığortalar üzrə -cəmi

28 948 669,90

6 719 803,50

 o cümlədən:

 

 

Həyat sığortası üzrə

5 594 362,34

628 517,39

 o cümlədən:

 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

5 594 362,34

151 911,57

Qeyri-həyat sığortası üzrə

23 354 307,56

6 091 286,11

 o cümlədən:

 

 

nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

0,00

1 000,00

sərnişinlərin icbari sığortası

0,00

0,00

icbari ekoloji sığorta

0,00

0,00

yanğından icbari sığorta

0,00

0,00

MM deputatların icbari şəxsi sığortası

0,00

0,00

tibbi personalın AİDS-dən sığortası

0,00

0,00

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

2 756 960,00

944 000,00

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

2 420 629,00

240 213,00

dövlət qulluqçuların icbari sığortası

0,00

0,00

diplomatik nümayəndələrin icbari sığortası

0,00

0,00

auditorların peşə məsuliyyətinin icbari sığortası

2 006,00

0,00

daşınmaz əmlakın icbari sığortası

7 890 397,32

116 074,66

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

100 244,89

254,00

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

10 163 246,35

4 788 744,45

sərnişinlərin icbari fərdi qəza sığortası

20 824,00

0,00

YEKUN

101 741 093,60

24 017 478,47

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et