“Bank of Baku” internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir – əvvəlcədən ödənilmiş virtual kart.
Əvvəlcədən ödənilmiş virtual kart – material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.
Virtual kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur.
Virtual kartı istənilən vaxt “Bank of Baku”-nun ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.
Əvvəlcədən ödənilmiş virtual kart :
- Müddət: 3 ay
- Komissiya: 3 AZN
- Maksimal məbləg:150 AZN(komissiya xaric)
Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.
Virtual kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:
-Çekdə əks olunmuş 16 rəqəmli kodu
-SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi
Virtual kartı ilə əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir.
“Bank of Baku”-nun ödəniş terminallırının ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/
Daha ətraflı:
145 Məlumat Mərkəzi