Bank of Baku 22 Yaşında: Gənc Bankın Ən Yenilikçi Addımları! | Banco.az

Bank of Baku 22 Yaşında: Gənc Bankın Ən Yenilikçi Addımları!

Azərbaycanın “İnnovativ Bankı” adını layiqincə qoruyub saxlayan Bank of Baku 14 fevral 2016-cı il tarixində fəaliyyətinin 22-ci ildönümünü qeyd etdi.

“Sizə Yaxın Bankçılıq” şüarını əsas tutan Bank fəaliyyət göstərdiyi bütün bu illər ərzində sektorunun ən yenilikçi müştəri xidmətlərini göstərən əsas üzvlərindən biri olmaqla, müştərilərini daim bazara təqdim etdiyi İLKlərlə sevindirib.  

Müştərilərin maliyyə xidmətlərinə daha rahat çıxışını təmin edən bu İLKlər arasında aşağıdakıları xüsusilə xatırlatmağa dəyər:

  • Bolkart – ölkənin ilk hissə-hissə ödənişli kredit kartı
  • Ödəniş terminallarından istifadə - istənilən vaxt kreditin ödənilməsi, kart balansın dərhal artırılması, plastik kart sifarişi və digər ödənişlərin həyata  keçirilməsi,
  • Kredit ödənişlərinin onlayn olaraq həyata keçirilməsi
  • İVR sistemli Məlumat Mərkəzi - 145
  • Kobrend kartlardan istifadə (İdeal, MyBrands)
  • Elektron Arayış xidməti – Elektron Hökumət portalı ilə əməkdaşlıqda iş yerindən arayışının bankdan ayrlmadan elektron olaraq əldə edilməsi
  • SMS Kredit
  • Filiallarda Wi-Fi layihəsi çərçivəsində müştərilərə özəl təkliflər

Qeyd olunan ximdətlərin böyük əksəriyyətinə görə Bank dəfələrlə Mərkəzi Bank tərəfindən yüksək qiymətləndirilmiş, həmçinin müxtəlif nominasiyalar üzrə bir çox müsabiqə və xalq sorğularının qalibi seçilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bank of Baku sektorunun yenilikçi və aparıcı qüvvəsi olmaqla yanaşı, yüzlərlə bank mütəxəssisinin inkişaf yolunun başlanğıc nöqtəsi olub. Belə ki, Müasir Azərbaycanın Bank sektorunun Akademiyası kimi qəbul olunan Bank of Baku işində yüksək peşəkarlıq, komanda ruhu nümayış etdirən ixtisaslı kadrların yetişməsində əvəzsiz iş mühiti rolunu oynayıb. Təsadüfi deyil ki, hal-hazırda ölkənin bir çox aparıcı banklarında və maliyyə müəssisələrində yüksək vəzifələrdə çalışan şəxslər arasında məhz Bank of Baku-da karyerasını qurmuş şəxslər üstünlük təşkil edir.

Bütün bu illər ərzində Bank yerli və beynəlxalq səviyyədə müxtəlif şirkətlər və maliyyə qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda uğurla davam etdirməkdədir.

Hal-hazırda Bank 700.000 nəfərdən çox fiziki və hüquqi şəxslərə Baş ofis, Əməliyyat mərkəzi və 20 filial vasitəsilə geniş çeşiddə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Qeyd edək ki, Bank of Baku-nun 31 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən likvidlik əmsalı kifayət qədər yüksəkdir. Belə ki, Mərkəzi Bankın müəyyən etdiyi minimum 30% tələbinə qarşı Bankın ani likvidlik əmsalı 330% təşkil edir. Bununla yanaşı, Bankın məcmu kapitalının adekvatlıq əmsalı qeyd olunan tarixə 15.35% təşkil edir ki, bu da Mərkəzi Bankın qoyduğu minimum 10% tələbindən yüksək göstərici hesab olunur. Eyni zamanda, 10.7% leverec əmsalına malik olmaqla, Bank of Baku Mərkəzi Bankın təyin etdiyi minimum 5% tələbini iki dəfədən çox olmaqla yerinə yetirir. 

Bank of Baku-nun fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumatla Bankın rəsmi internet ünvanından http://www.bankofbaku.com/ tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et