Yapı Kredi Bank Worldcard müştəriləri üçün Yeni ilin gəlişi ilə əlaqədar müxtəlif kampaniyalar keçirir. Bu kampaniyaları geyim, mobil telefon, kompüter, turizm, zərgərlik, restoran, market və s sektorlarında keçirən Worldcard, müştərilərinin Yeni il öncəsi edəcəyi alış-verişlərdə əlavə üstünlüklər təklif edir. Bu üstünlüklərə məhsulların nağd qiymətinə alınıb hissələrə bölünməsi, edilən alış-verişlərin 20%-ə qədərini balansa geri qaytarılması, Worldcardla edilən alış-verişlərin endirimli olması və s.
“Bank Technique” “İlin Bankı” elan edilib
“Bank Technique” ASC, “Azeri Business Award” mükafatı çərçivəsində, "İlin Bankı" adına layiq görülüb. Mükafat Banka dinamik inkişaf və bank xidmətlərin müasirləşdirilməsinə görə təqdim edilib.
DəmirBank noyabr ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 dekabr 2013-cü il tarixinə 391 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 24,2 mln. manat və ya 8,5% artaraq 310 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 dekabr 2013-cü il tarixinə 179,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 dekabr 2013-cü il tarixinə 154,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20,7% və ya 26,5 mln. manat çoxdur.
100 müştəri Kapital Bankdan 50 manat qazandı
Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının növbəti 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereyanın şərtlərinə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb. Kampaniya 1 yanvar 2014-cü ilə qədər davam edəcək.
Worldcard Yeni il öncəsi kampaniyaların sayını artırır
Yapı Kredi Bank Worldcard müştəriləri üçün Yeni ilin gəlişi ilə əlaqədar müxtəlif kampaniyalar keçirir. Bu kampaniyaları geyim, mobil telefon, kompüter, turizm, zərgərlik, restoran, market və s sektorlarında keçirən Worldcard, müştərilərinin Yeni il öncəsi edəcəyi alış-verişlərdə əlavə üstünlüklər təklif edir. Bu üstünlüklərə məhsulların nağd qiymətinə alınıb hissələrə bölünməsi, edilən alış-verişlərin 20%-ə qədərini balansa geri qaytarılması, Worldcardla edilən alış-verişlərin endirimli olması və s.
Moody’s reytinq agentliyi “Bank of Baku” ASC-nin reytinqini B1 səviyyəsinə qədər qaldırdı!
Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun ümumi reytinqini B2 səviyyəsindən yüksəldərək uzun müddətli gözlənti reytinqi stabil olan B1 reytinqi kimi təsdiq etmişdir. Yeni reytinq “Bank of Baku” ASC –nin 2012-ci ilin audit olunmuş və 30 noyabr 2013-cü il tarixinədək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilmişdir.
TƏLƏBƏLƏRƏ HƏDİYYƏLİ ALBALI KARTI
Unibank ALBALI kartı alan tələbələrə 28 Cinema-dan hədiyyə kampaniyasının müddətini uzatdı. İndi gələn il yanvarın 15-dək ALBALI kartı alan tələbələrə 28 Cinema-ya bilet hədiyyə edilir. Belə ki, bu tarixədək 28 Cinema-dan gunorta seansına alınan, qiyməti 8 AZN-dək olan biletin dəyəri tələbənin ALBALI kartına qaytarılır.Qeyd edək ki, tələbələr üçün ALBALI kart almaq daha da asanlaşıb.
“Bank Technique”in “Mərkəz” filialının yeni konsepsiyada rəsmi açılışı olub
Dekabrın 14-də “Bank Technique” ASC-nin Bakı şəhəri, Nizami küçəsi 68 ünvanında yerləşən “Mərkəz” filialının, müasir və dəbdəbəli dizayn konsepsiyasına əsasən həyata keçirdiyi əsaslı təmirdən sonra, rəsmi açılışı olub. Tədbirdə Bank rəhbərliyi, iş adamları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.