Banco.az | Tezliklə

DəmirBank “At Muraddır” adlı güzəştli kredit aksiyasına başlayıb

Azərbaycanca

DəmirBank at ilində anadan olan (1954, 1966, 1978 və 1990-cı illər) müştərilərə istehlak kreditləri üzrə illik faiz dərəcəsində 4% endirim təqdim edir. Aksiya 1 fevral 2014-cü il tarixinədək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Aksiya müddətində Banka müraciət edən digər müştərilərə isə illik faiz dərəcəsində  2% endirim edilir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.

WhatsApp-la Bolkart sifariş edin!

Azərbaycanca

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Bolkart sifarişinin yeni üsulunu təqdim edir. Artıq kart sifarişini Bolkartın keçərli olduğu şəhərimizin iri ticarət mərkəzləri və mağazalarındakı “Bank of Baku” stendlərindən etmək mümkündür. Bu ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib WhatsApp-la 055/050  447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bal Hədiyyəli Müddətli Əmanət Kampaniyası ilə dekabr ayı boyunca ən azı 250 AZN yeni müddətli əmanət açan Worldcard sahibləri həm faiz, həm də ballar qazanacaq!

Azərbaycanca

Kampaniya şərtləri Bal Hədiyyəli Müddətli Əmanət Kampaniyası, 1-31 Dekabr tarixləri arasında, yalnız bir dəfə, ən az 250 AZN və üzəri məbləğdə yeni müddətli əmanət açacaq Worldcard müştəriləri üçün keçərlidir. Kampaniyada mükafat qazana bilmək üçün 31 dekabra qədər əmənətlər pozulmamalıdır. Qazanılan mükafat ballar 10 yanvar 2014-cü il tarixində kampaniyada iştirak edən müştərilərin hesabına yüklənəcəkdir. Kampaniyada Virtual kart və Worldcard Business xaric bütün Worldcardlar iştirak edir.

Ən sərfəli kredit üçün müraciət et

"Fitch" Azərbaycan Beynəlxalq Bankının kapitalının artırılması planını müsbət qiymətləndirir

Azərbaycanca

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla təsdiq edib. Trend-in məlumatına görə, bu barədəcüməgünü agentliyin yaydığı məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, reytinqin təsdiq edilməsi "Fitch"in zərurət halında dövlət (ölkənin reytinqi - BBB-/"Sabit") banka dəstək verəcəyi iləbağlı mötədil ehtimalının olması fikrini əks etdirir.

Gəncə filialı artıq yeni ünvanda

Azərbaycanca

Xidmət şəbəkəsinin optimallaşdırılmasının davamı olaraq “Bank of Azerbaijan “ ASC - nin “Gəncə filialı” artıq yeni ünvanda, Gəncə şəhəri, Xətai prospekti 52A ünvanında fəaliyyət göstərəcəkdir. Xatırladaq ki, 2010-cu ildən fəaliyyət göstərən “Gəncə filialı” həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmətlərini, o cümlədən əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməliyyatlar, 24 saat ərzində ATM vasitəsi ilə nağd pulun çıxarılması, valyuta mübadiləsi və s.

Ən sərfəli kredit üçün müraciət et

UNİBANK BAYRAM GÜNLƏRİ NECƏ İŞLƏYƏCƏK?

Azərbaycanca

Unibank dəyərli müştərilərinin diqqətinə çatdırır ki, yanvarın 6-sı qeyri-iş günü olsa da, Unibank filialları müştərilərinin üzünə açıq olacaq. Hər kəs bank filiallarına müraciət etməklə, bütün bank xidmətlərindən istifadə edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

SƏRFƏLİ VƏ DƏBLİ TELEFON SİZİN OLSUN

Azərbaycanca

İndi hər kəs ayda çox az bir vəsait ödəməklə arzuladığı son model mobil telefonlardan ala biləcək. Unibank-ın çox-çox sərfəli kartı ALBALI ilə başladığı aksiya çərçivəsində yanvarın 15-dək  İnteqral Plus  (telefon) mağazalarında yalnız  12 taksitli alış- veriş edilən istənilən əməliyyata əlavə olaraq, bank tərəfindən 6 taksit hədiyyə ediləcək. Məsələn, ALBALI kart sahibi  Inteqral mağazalarından Iphone- 5s  model telefon almaq istəyirsə, mövcud kampaniya çərçivəsində ayda cəmi 49 AZN ödəməklə, bu telefona sahib ola biləcək.

Ən sərfəli kredit üçün müraciət et

“AccessBank”ın təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınmışdır

Azərbaycanca

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AccessBank” ASC-nin emissiyanın məbləği 10 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, yerləşdiriləcək istiqrazların sayı 10 min ədəd olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

113 YAŞLI Unibank müştərisi

Azərbaycanca

Artıq Unibank  Azərbaycanın  ən yaşlı sakinlərindən olan, İmişli sakini 113 yaşlı Əliyeva  Əsginaz  Hacağa qızının da doğma bankıdır. 113 yaşlı  müştərinin  adına Unibank-da  “yığım”  növü  üzrə depozit hesabı açılıb. Unibank-ın müştərisi Əsginaz  Əliyeva,  indi ölkədə ən yaşlı  bank əmanətçisidir.

Ən sərfəli kredit üçün müraciət et

Səhifələr

« first ‹ previous last »