Daima yenilikləri tətbiq edən və müştərilərin rahatlığını düşünən Expressbank, Yeni il ərəfəsində daha bir sevindirici xəbərlə qarşınızda. Artıq “Nizami” metro stansiyası yaxınlığında Cəfər Cabbarlı küçəsində “Expressbank”-ın yeni “Cəfər Cabbarlı” filialı fəaliyyətə başlamışdır. Filialda müştərilərə rahat xidmət zonası təşkil olunmuş və günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları quraşdırılmışdır.
“AtaBank” ASC “Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində qalib olanları təbrik edir
“AtaBank” ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Gəncə, Səbail, Monolit, Bakı və Mingəçevir filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış Abbasov İbrahim Faxrəddin oğlu, Rüstəmov Vüqar Xanlar oğlu, Zeynalov Fariz Cəlil oğlu və Hüseynov Pənah Nurəddin oğlu qalib olublar.
SİZ AVTOMOBİL QAZANMAQ İSTƏYİRSİNİZ?
Unibank sizin arzularınızı gerçəkləşdirir! Bankdan götürdüyünüz bir neçə yüz manatlıq kreditin müqabilində , hədiyyəniz on minlərlə manat qiyməti olan avtomobil olacaq. Nə az, nə çox- düz 3 AVTOMOBİL - Nissan Sunny, Nissan Tiida və Nissan Altima bankınızdan sizə hədiyyə. İllərlə xəyal etdiyiniz avtomobil arzunuzu, cəmi bir neçə dəqiqə ərzində reallaşdıra bilərsiniz. Bunun üçün sadəcə şəxsiyyət vəsiqənizi götürüb, Unibank-ın ən yaxın filialına kredit üçün müraciət etməyiniz kifayətdir.
TÜRKİYƏNİN İSTƏNİLƏN NÖQTƏSİNƏ BİR NEÇƏ SANİYƏYƏ
Unibank müştəriləri artıq Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər. Unibank-ın qoşulduğu UPT (Universal Payment Transfer) sistemi Türkiyədə 14.000-dən çox xidmət nöqtəsi ilə sürətli, ucuz, etibarlı və son dərəcə asan pul köçürmə əməliyyatlarını mümkün edib. Bununla da, bankın qoşulduğu təcili pulköçürmə sistemlərinin sayı 12-yə çatdı.
“Bank of Baku”-dan nağd kredit və Bolkart SİZƏ DAHA YAXIN oldu!
Müştərilərin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” alternativ kanallar vasitəsilə kredit məhsullarına müraciət imkanlarını təqdim edir. İndi evi, iş yerini tərk etmədən və ya yol üstü MilliÖn-ün 1500-ə yaxın terminalı vasitəsilə istənilən şəxs bankdan kredit sifariş edə bilər. Artıq “Bank of Baku”-dan müxtəlif sadə üsullarla nağd pul krediti və Bolkart hissə-hissə ödənişli kartı sifariş etmək mümkündür.
DəmirBank-ın VISA kartları ilə MyBrands mağazalarında endirimlər təqdim olunur
DəmirBank-dan VISA Gold və Platinum kartlarını alan müştərilərə MyBrands mağazalar şəbəkəsində 20% endirim kuponları təqdim olunur. Aksiya 20 dekabr 2013-cü il tarixinədək keçirilir.
VTB (Azərbaycan) on mininci müştəriyə kredit verib.
Bank VTB (Azərbaycan) ASC on minici müştəriyə kredit verib. Kredit bankın “Əcəmi” fililialına müraciət etmiş müştəriyə verilmişdir. Müştərinin mükafatlandırılması dekabrın 24-də Bank VTB (Azərbaycan) ASC-nin Bakı şəhəri, Xətai rayonu, Sarayev küç. 8 ünvanında təşkil olunacaq yeni filialın açılış mərasimində keçiriləcək.
ALBALIdan daha bir Yeni il hədiyyəsi
Artıq mobil telefon sahibi olmaq çətin deyil. İndi hər kəs ayda çox az bir vəsait ödəməklə dəbli telefon ala biləcək. Unibank-ın çox-çox sərfəli kartı ALBALI ilə başladığı aksiya çərçivəsində dekabrın 27- dək ( 27-s i daxil ) İnteqral Plus (telefon) mağazalarında yalnız 12 taksitli alış- veriş edilən istənilən əməliyyata əlavə olaraq, bank tərəfindən 6 Taksit hədiyyə ediləcək.
”Bank of Baku”-dan kampaniya: Smartfonlar ayda 53 manatdan!
“Bank of Baku”, “Bakcell” mobil rabitə operatoru və “Caspian Mobile” şirkəti Bolkart sahibləri üçün nüfuzlu iPhone 5S, HTC One, Sony Xperia Z1smartfonlarının sərfəli satış kampaniyası elan edir. Kampaniya çərçivəsində “Bakcell”-in 25 manatlıq Klass XXL tarifinə 12 ay müddətinə qoşulan Bolkart istifadəçiləri qeyd olunan smartfonları sərfəli qiymətə əldə edəcək.
“Bank Technique”in paytaxtda 5 yeni şöbəsi fəaliyyətə başladı
“Bank Technqiue” ASC-nin, xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə, Bakı şəhərində beş yeni şöbəsi fəaliyyətə başlayıb.
Bakının ayrı-ayrı yerlərində yerləşən yeni şöbələr, yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətini asanlıqla, vaxt itkisinə məruz qalmadan, həll etmələrinə imkan yaradır.