Yeni inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər əldə edən Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank hər il müxtəlif nüfuzlu mükafatlarla təltif olunur. Ötən il olduğu kimi bu il də Bank “The Banker” maliyyə nəşri tərəfindən “İlin Bankı” mükafatına layiq görülmüşdür. Təqdimetmə mərasimində mükafat PAŞA Bank adından İdarə Heyətinin Sədrinin müşaviri Turxan Mahmudova təqdim edilmişdir.
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü