Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.
VTB (Azərbaycan) ipoteka kreditinin həcmini artırıb
Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.
AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib.
Mövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51% arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəsmiləşdirilməsindən yayınır və əməkhaqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir.
Avtomobillərin katalizatorlarında istifadə olunan palladium, son vaxtlar hibrid avtomobillərdə də istifadə olunur. Tələbatın artması palladiumun qiyməti yüksəlir.
Saat 12:40-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Dünyanın aparıcı kriptovalyutası sayılan Bitcoin son 24 saat ərzində, təxminən, 10% ucuzlaşaraq 3 500 ABŞ dollarından aşağı düşüb.
Məlumata görə, hazırda rəqəmsal pulun dəyəri, təxminən, 3 430 - 3 435 dollar arasında dəyişir.
“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının kölgədən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.
“Ötən illə müqayisədə bu il Vergilər Nazirliyi kameral yoxlamaların sayını 3 dəfə azaldıb”
Bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Vergilər Nazirliyi məsafədən nəzarət və təhlil imkanlarını genişləndirib.
Qlobal bazarlar Fed-in faiz artırmasına fasilə verəcəyi ehtimalını gücləndirə biləcək ABŞ-ın məşğulluq göstəricilərini gözləyir. Dollar ucuzlaşır.
Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 68 823 nəfər və yaxud 1,1% artaraq bu il noyabrın 1-nə 6 298 989 nəfər təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatından məlum olur.