Müəllif: Tamara Mustafayeva, Banco.az
Censen Huanq “Nvidia”ya geri dönüb.
Banco.az xəbər verir ki, “Nvidia” Censen Huanqın prezident və baş icraçı direktor (CEO), eləcə də İdarə Heyətinin üzvü vəzifələrinə dərhal geri qayıtdığını açıqlayıb.
İdarə Heyəti Huanqı vəzifəsinə qaytarmazdan əvvəl ABŞ hökumətinin yüksək vəzifəli rəsmilərindən rəy aldığını bildirib.
Açıqlamada “Cənab Huanqın vəzifəsinə qaytarılmasının milli təhlükəsizlik riski yaratmadığına əminik” ifadəsi yer alıb.
Müvəqqəti baş icraçı direktor vəzifəsini icra edən Kolet Kress maliyyə direktoru (CFO) kimi fəaliyyətini davam etdirəcək.
“Nvidia” yeni baş kommersiya direktoru (CCO) vəzifəsi üçün namizəd axtarışına başlayıb.
İdarə Heyətinin Huanqı hədəf alan xarici kəşfiyyat fəaliyyətləri ilə bağlı araşdırması yekunlaşana qədər davam edəcək.
“Nvidia”nın səhmləri bazar açılmamışdan əvvəl 30 faizdən çox bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
