AYİB Azərbaycanda Ümümbank Çərçivə Maliyyə Xidmətləri çərçivəsində Bank Respublika-ya, 9,4 milyon ABŞ dolları həcmində kredit xətti ayırdı.
Gəncə filialı artıq yeni ünvanda
Xidmət şəbəkəsinin optimallaşdırılmasının davamı olaraq “Bank of Azerbaijan “ ASC - nin “Gəncə filialı” artıq yeni ünvanda, Gəncə şəhəri, Xətai prospekti 52A ünvanında fəaliyyət göstərəcəkdir. Xatırladaq ki, 2010-cu ildən fəaliyyət göstərən “Gəncə filialı” həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmətlərini, o cümlədən əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemi ilə əməliyyatlar, 24 saat ərzində ATM vasitəsi ilə nağd pulun çıxarılması, valyuta mübadiləsi və s.
UNİBANK BAYRAM GÜNLƏRİ NECƏ İŞLƏYƏCƏK?
Unibank dəyərli müştərilərinin diqqətinə çatdırır ki, yanvarın 6-sı qeyri-iş günü olsa da, Unibank filialları müştərilərinin üzünə açıq olacaq. Hər kəs bank filiallarına müraciət etməklə, bütün bank xidmətlərindən istifadə edə biləcək.
SƏRFƏLİ VƏ DƏBLİ TELEFON SİZİN OLSUN
İndi hər kəs ayda çox az bir vəsait ödəməklə arzuladığı son model mobil telefonlardan ala biləcək. Unibank-ın çox-çox sərfəli kartı ALBALI ilə başladığı aksiya çərçivəsində yanvarın 15-dək İnteqral Plus (telefon) mağazalarında yalnız 12 taksitli alış- veriş edilən istənilən əməliyyata əlavə olaraq, bank tərəfindən 6 taksit hədiyyə ediləcək. Məsələn, ALBALI kart sahibi Inteqral mağazalarından Iphone- 5s model telefon almaq istəyirsə, mövcud kampaniya çərçivəsində ayda cəmi 49 AZN ödəməklə, bu telefona sahib ola biləcək.
“AccessBank”ın təmin edilməmiş istiqrazlarının emissiya prospekti qeydə alınmışdır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AccessBank” ASC-nin emissiyanın məbləği 10 milyon manat, bir istiqrazın nominal dəyəri 1000 manat, yerləşdiriləcək istiqrazların sayı 10 min ədəd olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcəkdir.
113 YAŞLI Unibank müştərisi
Artıq Unibank Azərbaycanın ən yaşlı sakinlərindən olan, İmişli sakini 113 yaşlı Əliyeva Əsginaz Hacağa qızının da doğma bankıdır. 113 yaşlı müştərinin adına Unibank-da “yığım” növü üzrə depozit hesabı açılıb. Unibank-ın müştərisi Əsginaz Əliyeva, indi ölkədə ən yaşlı bank əmanətçisidir.
Bolkart ilə “Nano Electroniks”-dən istədiyini öz qiymətinə al, 12 aya ödə!
“Bank of Baku” və “Nano Electroniks” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün “Nə alırsan al, öz qiymətinə al, 12 aya ödə” adlı sərfəli satış kampaniyası elan edirlər.
Bolkart istifadəçiləri “Nano Electroniks” mağazalarından istənilən telefon və kompüter modellərini əlavə xərcsiz və nağd qiymətinə alıb, 12 aya rahat ödəniş edə bilərlər.
Belə ki, indi Bolkart sahibləri,
“Bank Technique”ə Dubayda iki beynəlxalq mükafat təqdim edildi
“Bank Technique” ASC nüfuzlu beynəlxalq maliyyə nəşri “International Finance Magazine” tərəfindən Azərbaycanda "2013-cü ilin ən yaxşı internet bankı" (Best Internet Bank Azerbaijan 2013) və “2013-cü ilin ən innovativ bankı” (Most Innovative Bank Azerbaijan 2013) nominasiyalarında qalib adına layiq görülüb.Jurnal tərəfindən təsis edilən “Financial Awards” (Maliyyə üzrə mükafatlar) qalibləri beynəlxalq reytinq agentliklərinin çap edilmiş məlumatları əsasında redaksiya heyətinin daxili qərarı ilə müəyyən edilib.
Bank Respublika öz Facebook dostlarını bilik müsabiqəsinə dəvət edir.
Bank Respublika Yeni İl ərəfəsində öz Facebook dostlarını maraqlı viktorinada iştirak etməyə dəvət edir.
“Yeni İL viktorinası” Yeni ilə 8 gün qalmış 23-30 dekabr tarixlərində keçiriləcək və bu bilik yarışmasında 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydalara riayət etmək şərti ilə iştirak edə bilər:
- İştirakçı Bank Respublika-nın Facebook səhifəsinin fanı olmalıdır
- Viktorina haqqında dərc olunan statusa “İştirak edəcəm” şərhini yazmalıdır
Bank BTB-nin İnternet Banking xidməti tamamilə pulsuz oldu!
Bank BTB müştəri məmnuniyyətini artırmaq məqsədilə, Internet Banking xidməti üzrə yeni tarif təqdim edir. Bundan sonra, bankın plastik kartlarına malik olan bütün müştərilərə xidmətə qoşulma və illik istifadə imkanı pulsuz olaraq təqdim olunur.