Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,875 min dollar və yaxud 2,5% çoxdur.
Bu ilin yanvar-avqust aylarında Naxçıvan MR xarici ölkələri ilə 325,495 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,875 min dollar və yaxud 2,5% çoxdur.
“Azərbaycanın daşınmaz əmlakın yüklülüyünə dair dövlət reyestri ilə bağlı təcrübəsini qonşu Gürcüstan öyrənib. Qırğızıstan isə bu təcrübənin tətbiqinə dəstək verilməsi məqsədi ilə Azərbaycana müraciət edib”.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov deyib.
Hər gün nəqliyyat vasitələrinin müxtəlif növlərindən ən azı bir dəfə istifadə edirik. Nəqliyyat vasitələrinin yüklərin daşınmasında, insanların uzaq məsafələrə qısa zaman ərzində çatmasında əvəzedilməz rolu var. Nəqliyyat sektorunun yaxşılaşması təkcə fərdlərə deyil ümumilikdə iqtisadiyyata da müsbət təsir göstərir.
İngiltərənin Cənub-Şərqindəki High Wycombe qəsəbəsində Orta əsrlərdən bu günə qədər maraqlı bir ənənə davam etdirilir. Qəsəbənin bələdiyyə sədrlərini vəzifə başına gələndə və vəzifə müddəti tamamlananda meydanda xalqın gözü qarşısında tərəziyə çıxarıb çəkirlər. Bu adət qəsəbənin bələdiyyə sədrlərinin xalqdan yığılmış vergiləri "qarınlarına axıtmadığını" sübut etmək məqsədi daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda "Beynəlxalq Sülh Günü"nə həsr olunmuş "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirib.
Rusiya Federasiyasının Dövlət Duması elektron siqaretlərin bütün növləri, eləcə də tütünqızdırma avadanlığı üçün vergi tutulamasını əhatə edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 2020-ci il yanvarın 1-dən elektron siqaretlərin bütün növlərinə aksiz tətbiq olunacaq. Hər siqaret üçün aksizin dərəcəsi 50 rubl (1,32 manat) olacaq. 2021-ci ildə bu hədd 52 rubla (1,38 manat), 2022-ci ildə isə 54 rubla (1,43 manat) qaldırılacaq.
“SOCAR Türkiyə”nin Əliağadakı Xüsusi Sənaye Zonası statuslu ərazisində bir obyektin açılış, digərinin isə təməlqoyma mərasimi keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, STAR neft emalı zavodunun xammal və hazır məhsul saxlama potensialını artıracaq obyektlərdən biri istifadəyə verilib, ikincisinin təməli qoyulub.
Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir.
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Bu ilin avqustunda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 562 milyon 854 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 119 milyon 915 min dollar təşkil edib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Startap ekosistemi: çağırışlar, perspektivlər və həllər” mövzusunda ekonoton keçirilib.