Bayram günləri məzuniyyətə daxil edilirmi? – Açıqlama | Banco.az

Bayram günləri məzuniyyətə daxil edilirmi? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Əmək qanunvericiliyi məzuniyyəti hissələrə bölməyə icazə verir. Lakin məzuniyyət hissələrə bölünərkən müəyyən tələblərə əməl olunmalıdır. Qanuna görə hissələrdən biri ən azı 14 təqvim günü olmalıdır".

Bunu Banco.az-a açıqlamasında Hüquqşünas Etibar Qarayev bildirib.

"Məsələn, işçi 21 günlük məzuniyyətinin 14 gününü yay aylarında, qalan 7 gününü isə ilin başqa dövründə istifadə edə bilər.

Ancaq məzuniyyətin hissələrə bölünməsi ümumi müddətin azaldılması demək deyil. İşçiyə məxsus olan 21 günlük hüquq tam şəkildə saxlanılır".

Həmçinin oxu:

Bayram günləri məzuniyyətə daxil edilirmi?

Etibar Qarayevin sözlərinə görə, Əmək Məcəlləsinə əsasən məzuniyyət dövrünə təsadüf edən rəsmi bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir: "Bu səbəbdən məzuniyyət həmin günlərin sayı qədər uzadılır.

Məsələn, işçi 21 günlük məzuniyyətə çıxıbsa və bu müddət ərzində iki rəsmi bayram günü varsa, onun məzuniyyəti 23 gün davam edəcək".

İstifadə edilməmiş məzuniyyət günləri itir?

Hüquqşünas əlavə edib ki, qanunvericilik işçinin məzuniyyət hüququndan məhrum edilməsinə yol vermir: "İstifadə olunmamış məzuniyyət günləri saxlanılır və müəyyən hallarda sonrakı dövrlərdə istifadə edilə bilər.

Əmək müqaviləsinə xitam verildikdə isə işçiyə istifadə etmədiyi bütün məzuniyyət günlərinə görə pul kompensasiyası ödənilməlidir. Bu qayda işdən çıxmanın səbəbindən asılı olmayaraq tətbiq edilir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram