Müəllif:Mehin Qasımova,Banco.az
Məşhur fast-food brendi "Pizza Hut" artan rəqabət, zəifləyən satışlar və istehlakçı tələbatının azalması fonunda 2,7 milyard dollara satılıb.
Banco.az xəbər verir ki, brendin sahibi olan Yum Brands Pizza Hut-un satışı ilə bağlı yekun razılaşmanın imzaladığını açıqlayıb.
Məlumata görə, "Pizza Hut" son illərdə həm ABŞ-da, həm də digər bazarlarda rəqiblərindən geri qalmağa başlayıb. Xüsusilə istehlakçı davranışlarının dəyişməsi, çatdırılma xidmətlərinin sürətlə inkişafı və fast-food sektorunda artan rəqabət şirkətin bazar payına mənfi təsir göstərib.
Yum Brands ötən ilin sonunda Pizza Hut-un gələcəyi ilə bağlı strateji qiymətləndirməyə başlamışdı. Şirkət rəhbərliyi hesab edir ki, yeni sahiblər Pizza Hut-un inkişafı və yenidən böyümə trayektoriyasına qayıtması üçün daha əlverişli imkanlar yaradacaq.
Qeyd edək ki, Yum Brands hazırda əsas diqqətini digər məşhur brendləri olan "KFC" və "Taco Bell" şəbəkələrinin inkişafına yönəltməyi planlaşdırır. Satış əməliyyatlarının 2026-cı ilin üçüncü rübündə tamamlanacağı gözlənilir.
