Dünya bazarında neft ucuzlaşmaqda davam edir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçersləri 0,57 dollar (0,72%) azalaraq bir barel üçün 78,39 dollara düşüb. Çərşənbə axşamı isə Brent markalı neftin bir bareli 4,21 dollar (5,1%) azalaraq 78,96 dollara düşüb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyul ayı üçün WTI fyuçerslərinin qiyməti 0,58 dollar (0,76%) azalaraq bir barel üçün 75,47 dollara düşüb. Əvvəlki sessiyada müqavilə 4,70 dollar (5,8%) azalaraq bir barel üçün 76,05 dollara düşüb.
Cümə günü İsveçrədə imzalanması planlaşdırılan ABŞ və İran arasında anlaşma memorandumu, ABŞ-ın İran nefti və neft-kimya ixracına tətbiq etdiyi sanksiyaların yumşaldılmasını və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını nəzərdə tutur.
