Azərbaycana investisiya qoyuluşunun məbləği açıqlanıb | Banco.az

Azərbaycana investisiya qoyuluşunun məbləği açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycana birbaşa investisiyalar 1 milyard 720 milyon 136 min ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13.2% və ya 201 milyon 160 min ABŞ dolları çoxdur.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1 milyard 518 milyon 976 min ABŞ dolları təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 1 milyard 109 milyon 851 min ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə və ya 794 milyon 735 ABŞ dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram