Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 788 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 27% artaraq 13 milyard 970 milyon ABŞ dollarına, idxalı isə 31,6% azalaraq 6 milyard 818 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,9 dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
