Azərbaycan bu il 9 milyon tona yaxın neft ixrac edib | Banco.az

Azərbaycan bu il 9 milyon tona yaxın neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2026-cı ilin yanvar-may aylarında 5 milyard 121 milyon 298 min ABŞ dolları dəyərində 8 milyon 829 min ton neft ixrac edib.   

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,3%, neftin həcmi isə 14,8% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 36,7% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram