Banco.az | Tezliklə

Günün rəsmi məzənnələri açıqlandı - 17.06.2021

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2021-ci ilin iyunun 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat təşkil edib. 1 avro 2.0390 manat, 1 Rusiya rublu 0.0235 manat, 1 türk lirəsinin məzənnəsi isə 0.1973 manat civarında formalaşıb.

Azərbaycanca

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə veriləcək

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Azərbaycanca

Azərbaycanın ixracından gəlir əldə etdiyi məhsulların sayı artıb

2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 206 milyon 170,8 min dollar dəyərində 213 911 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

Ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 12,8 faiz azalıb.

Azərbaycanca

Həkimlərin əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır

“Tibb işçilərinin daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır. Hazırda ölkə üzrə tibb işçilərinə ödənilən əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır”.

Bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Azərbaycanca

İqtisadiyyat naziri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Bu barədə nazir "Twitter" sosial şəbəkəsində bildirib.

Azərbaycanca

“Fitch” neftin qiymətinə dair proqnozunu artırdı

“Fitch Ratings” beynəlxalq agentliyi “Brent” markalı neftin qiymətinə dair 2021-ci il üçün proqnozunu 58 ABŞ dollarından 63 ABŞ dollaradək, “WTI” markalı neftin qiymətinə dair isə 55 ABŞ dollardan 60 ABŞ dollaradək artırıb.

Azərbaycanca

Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlar üçün yaratdığı Sahibkarlar Klubunun sıraları getdikcə genişlənir. Kluba qəbul edilən sahibkarların sayı artıq 500-ə çatıb. Sahibkarlar Klubunun məqsədi kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir.

Azərbaycanca

“Peşəkar Sığortaçı Sertifikasiyası” imtahanına qeydiyyat başladı!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən Peşəkar Sığortaçı Sertifikasiyasının Sığorta işi təcrübəsi (PSS 1.2) üzrə növbəti imtahanı 20 iyun 2021-ci il tarixində, saat 11:00-da keçiriləcəkdir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »