Banco.az | Tezliklə

Azərbaycanda işsizlik 2025-ci ilə kimi azalacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırıb.

Bu barədə “S&P"yə istinadən xəbər verilir.

Azərbaycanca

“PAŞA Bank” “Azercell Telekom” ilə birgə Azərbaycanın mobil maliyyə xidmətləri bazarının inkişafına töhfə verir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkədə nağdsız ödənişlərin təşviq olunmasına töhfə verən təşəbbüslər üzərində çalışmağa davam edir. Belə ki, “PAŞA Bank”, “Azercell Telekom” tərəfindən istifadəyə verilən rəqəmsal kart layihəsinin əsas təminatçısı və tərəfdaşı qismində çıxış edir. Eyni zamanda “Visa” ödəniş sistemləri və “AzİnTelecom” şirkəti layihənin digər tərəfdaşları sırasındadırlar.

Azərbaycanca

İyulun 26-da bütün sosial yardımlar ödəniləcək

Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən iyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Azərbaycanca

“S&P” Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib.

Bu barədə “S&P”yə istinadən xəbər verilir.

Azərbaycanca

Günün rəsmi valyuta məzənnələri - 25.07.2022

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2022-ci ilin iyulun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 Rusiya rublu 0.0295 manat , 1 avro 1.7346 manat, 1 türk lirəsinin məzənnəsi isə 0.0956 manat səviyyəsində müəyyənləşib.

Azərbaycanca

ABŞ-da əfsanəvi boksçu Məhəmməd Əlinin çempionluq kəməri satılıb

Əfsanəvi boksçu Məhəmməd Əlinin kəməri ABŞ-da hərracda satılıb.

Bu barədə sosial şəbəkələrdə MFL-da çıxış edən "Indianapolis Colts" klubunun sahibi Cim İrsey deyib.

Azərbaycanca

2022-ci ildə Azərbaycanda ÜDM artımı 3,5% təşkil edəcək

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu daha əvvəl gözlənilən 2,7%-dən 3,5%-ə qədər yaxşılaşdırıb.

Bu barədə agentliyin press relizində deyilir.

Azərbaycanca

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara kreditləşmə üçün yeni limitlər ayırıb.

Bu barədə Fonddan bildirilib.

Məlumata görə, limitlər iyulun 25-də, saat 11:00-da aktivləşdiriləcək.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »