2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur”, - deyə nazirlikdən qeyd edilib.
Bildirilib ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!