Müəllif: Gülnar Əhmədli, Banco.az
Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Fransanın Tuluza şəhərinə enib.
Banco.az xəbər verir ki, bununla da kommersiya sərnişin təyyarəsinin həyata keçirdiyi ən uzun uçuş rekordu yenilənib.
Əlavə yanacaq çənləri ilə təchiz edilən təyyarə Sakit və Atlantik okeanlarını keçərək 23 075 kilometr məsafəni eniş etmədən qət edib. Uçuş zamanı təxminən 3,6 milyon nəfər təyyarənin marşrutunu canlı izləyib.
Qantas 2027-ci ildə Sidney-London arasında birbaşa uçuşlara başlamağı planlaşdırır. Bu məqsədlə şirkət 12 ədəd modifikasiya edilmiş Airbus A350-1000ULR sifariş edib. İlk təyyarənin 2027-ci ilin aprelində təhvil verilməsi, Sidney-London arasında gündəlik birbaşa reyslərin isə həmin ilin oktyabrında başlaması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
