Qala Sığorta-nın xalis mənfəəti 2 dəfə azalıb | Banco.az

Qala Sığorta-nın xalis mənfəəti 2 dəfə azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qala Sığorta ASC 2026-cı ilin ilk yarısını 3 milyon 538 min 497 min manat xalis mənfəətlə başa vurub.

Banco.az  şirkətin maliyyə məlumatlarına istinadən xəbər ki, şirkətin xalis mənfəəti illik müqayisədə 3 milyon 221 min 304 manat və ya 47,7% azalıb.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 37,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 milyon manat və ya 19,3% azdır. Ümumi xərclər isə 33,4 milyon manat təşkil edib və illik müqayisədə 5 milyon manat və ya 13,1% azalıb.

Hesabat dövrünün sonuna şirkətin aktivləri 89 milyon 670 min 560 manat olub ki, bu da illik müqayisədə 6 milyon 941 min 285 manat və ya 7,2% azalma deməkdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram