"Azərkosmos" ixracdan 13 milyon dollar qazanıb | Banco.az

"Azərkosmos" ixracdan 13 milyon dollar qazanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 33 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 4,6 milyon dollar və ya 54% çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 63%-ni təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram