Bu texnologiya şirkəti "Tesla"dakı səhmlərini 3.6 milyard dollara satdı | Banco.az

Bu texnologiya şirkəti "Tesla"dakı səhmlərini 3.6 milyard dollara satdı

Tamara Mustafayeva, Banco.az

Yapon texnologiya şirkəti "Panasonic" ABŞ-ın elektromobil istehsalçısı "Tesla"dakı səhmlərini satıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Tesla" ilə müştərək batareya fabriki olan "Panasonic" şirkətdəki bütün səhmlərini təqribən 3.6 milyard dollara satıb.

"Panasonic"in sözçüsü Yayoi Watanabe sözügedən satışın "Tesla" ilə aralarındakı münasibətə təsir göstərməyəcəyini və "Tesla"nın prosesdən xəbərdar olduğunu bildirib. Sözçü buradan əldən edilən gəlirin gələcək inkişafa sərf ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Yaponiyanın "Nikkei" fond birjası bir müddət əvvəl sözügedən satış xəbərini elan etmiş və "Panasonic"in əldə edilən gəliri 7 milyard dollar dəyərindəki "Blue Yonder" adlı süni intellekt şirkətini satın almaq üçün istifadə edəcəyini söyləmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram