"Citi" üçüncü rüb üzrə neft qiyməti proqnozunu artırıb | Banco.az

"Citi" üçüncü rüb üzrə neft qiyməti proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Airbnb" məhsul hazırlama proseslərində süni intellektdən istifadə edir.

Banco.az xəbər verir ki, "Citigroup" ("Citi") ABŞ və İran arasında davam edən gərginliyin həll olunacağı ilə bağlı gözləntisini qorusa da, danışıqlardakı uzunmüddətli qeyri-müəyyənlik səbəbindən üçüncü rüb üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu artırıb.

Bank yayımladığı qiymətləndirmədə ABŞ və İran arasında razılaşmanın əldə olunacağı ilə bağlı gözləntisinin dəyişmədiyini bildirib. Bununla belə, danışıqlarda uzun müddət davam edən qeyri-müəyyənlik fonunda 2026-cı ilin üçüncü rübü üçün "Brent" markalı xam neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 75 dollardan 80 dollara yüksəldib.

"Citi" 2026-cı ilin dördüncü rübü və 2027-ci ilin tamamı üzrə "Brent" neftinin orta qiyməti ilə bağlı proqnozlarını isə dəyişməyib. Bank bu dövrlər üçün qiymətin müvafiq olaraq bir barel üçün 70 və 65 dollar olacağını gözləyir.

ABŞ-da açıqlanan iş yerlərinin azalması ilə bağlı məlumatlar, eləcə də İran və ABŞ arasında danışıqlara dair qeyri-müəyyənlik neft qiymətlərinin yüksəlməsinə səbəb olub.

"Goldman Sachs" da həftənin əvvəlində yayımladığı qiymətləndirmədə ABŞ və İran arasında yeni nüvə sazişinin təsdiqlənməsinə və ya hücumlarda nəzərəçarpacaq eskalasiyanın baş verməsinə qədər "Brent" markalı neftin bir barel qiymətinin 80–90 dollar aralığında qalacağını gözlədiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram