Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankından Suriyaya100 milyon dollarlıq qrant.
Banco.az xəbər verir ki, Dünya Bankından verilən açıqlamada bildirilib ki, bankın İcraçı Direktorlar Şurası Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) təqdim edəcəyi 100 milyon dollarlıq qrantı avqustun 6-da təsdiqləyib.
Açıqlamada qeyd olunub ki, 100 milyon dollarlıq qrant Suriyanın Maliyyə Sektorunun Modernləşdirilməsi Layihəsi çərçivəsində təqdim ediləcək. Layihənin maliyyə əməliyyatlarının daha təhlükəsiz, sürətli və şəffaf həyata keçirilməsinə, eləcə də maliyyə xidmətlərinə çıxış üçün zəruri şəraitin yaradılmasına töhfə verəcəyi bildirilib.
14 il davam edən münaqişələrdən sonra Suriyanın maliyyə sektorunun hələ də kiçikmiqyaslı, bankyönümlü və nağd puldan asılı vəziyyətdə olduğu vurğulanıb. Bildirilib ki, rəqəmsal ödəniş infrastrukturunun yetərli olmaması, eləcə də nəzarət və maliyyə sabitliyi sistemlərindəki problemlər əməliyyat xərclərini artırır, maliyyələşməyə çıxışı məhdudlaşdırır və ölkənin beynəlxalq maliyyə kanalları ilə yenidən əlaqə qurmasına mane olur.
Açıqlamada qeyd edilib ki, layihə çərçivəsində əsas maliyyə infrastrukturunun modernləşdirilməsi, bank sektorunun təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində işlər dəstəklənəcək. Həmçinin Suriya Mərkəzi Bankı və Maliyyə Kəşfiyyatı Birliyinin əməliyyat imkanlarının artırılacağı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
