"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) tərəfindən Özbəkistanın "Davr Bank"ının səhmlərinin nəzarət paketinin alınması üzrə əqdin cari ilin üçüncü rübünün sonuna qədər başa çatmasını gözləyir.
"Fitch"in qiymətləndirməsinə görə, Özbəkistanın kiçik maliyyə institutunun planlaşdırılan satınalınması ABB-nin kredit göstəricilərinə təsir etməyəcək.
"Bu addım ABB-nin biznesin diversifikasiyasına və daha yüksək gəlirli bazarlara çıxmağa yönəlmiş strategiyası ilə tam uyğundur", - agentlik vurğulayıb.
"Fitch" qeyd edib ki, Azərbaycanın ən böyük bankı olan ABB, bu ilin birinci yarısının yekunlarına görə aktivlər üzrə 25 %, kredit portfeli üzrə isə 24 % bazar payına malikdir.
Qeyd edək ki, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun sözlərinə görə, ABB-nin Özbəkistanda bankın alınması ilə əlaqədar investisiyaları 100 milyon ABŞ dollarını ötəcək.
"Davr Bank" Özbəkistanda 2001-ci ilin sentyabrından fəaliyyət göstərir.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!
