Gazprom: Avropanın qaz anbarlarında vəziyyət kritikləşir | Banco.az

Gazprom: Avropanın qaz anbarlarında vəziyyət kritikləşir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gazpromun açıqlamasında Gas Infrastructure Europe məlumatlarına əsasən Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq vəziyyəti qiymətləndirilib.

Banco.az şirkətin məlumatına istinadən xəbər verir ki, Avropanın yeraltı qaz anbarlarına qaz vurulması getdikcə çətinləşir.

Şirkət xəbərdarlıq edib ki, anbarlardakı qaz ehtiyatının kifayət qədər olmaması soyuq hava dövründə avropalı istehlakçıların etibarlı təbii qazla təminatına ciddi risklər yaradır.

Açıqlamaya görə, avqustun 6-na olan məlumata əsasən, Avropadakı qaz anbarlarında ehtiyatların həcmi əvvəlki illərdə həmin tarixdə qeydə alınan ən aşağı səviyyələrdən də aşağı düşərək rekord minimuma çatıb.

Qeyd edək ki, Gazpromun Avropaya təbii qaz ixracı son illərdə sanksiyalar və enerji marşrutlarında baş verən dəyişikliklər səbəbindən əhəmiyyətli dərəcədə azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram