ABŞ-da istehlakçı kreditləri proqnozları üstələyib | Banco.az

ABŞ-da istehlakçı kreditləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçı kreditləri proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-da istehlakçı kreditləri iyun ayında bazar gözləntilərindən daha çox artıb.

ABŞ Mərkəzi Bankı (FED) iyun ayı üzrə istehlakçı kreditlərinə dair məlumatları açıqlayıb.

Məlumata görə, istehlakçı kreditlərinin həcmi iyun ayında əvvəlki ayla müqayisədə 14,17 milyard dollar artaraq 5,17 trilyon dollara çatıb.

Bazar iştirakçıları bu dövrdə istehlakçı kreditlərinin 11,4 milyard dollar artacağını gözləyirdilər.

İyun ayında kredit kartları və digər dövri kreditlərin həcmi 6,7 milyard dollar, avtomobil və tələbə kreditləri kimi dövri olmayan kreditlərin həcmi isə 7,4 milyard dollar artıb.

İstehlakçı kreditləri iyun ayında illik hesablamada 3,3 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram