Aİ 348 peykdən ibarət təhlükəsiz rabitə şəbəkəsinə razılıq verib | Banco.az

Aİ 348 peykdən ibarət təhlükəsiz rabitə şəbəkəsinə razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ 348 peykdən ibarət təhlükəsiz rabitə şəbəkəsinə razılıq verib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq məqsədilə "IRIS" peyk rabitə şəbəkəsini genişləndirərək ümumilikdə 348 peykdən ibarət sistem yaradacaq.

Aİ Komissiyası Aİ-nin təhlükəsiz və müstəqil peyk rabitəsi imkanlarını inkişaf etdirməyə yönəlmiş "IRIS" proqramı çərçivəsində "SpaceRISE" konsorsiumu ilə aparılan danışıqların başa çatdığını və icra sazişinin imzalandığını açıqlayıb.

Açıqlamada bildirilib: “Saziş "IRIS" proqramına aşağı Yer orbitində daha 66 peykin əlavə olunmasını və əsas peyk qrupunun sayının 348-ə çatdırılmasını nəzərdə tutur. Bununla da proqram planlaşdırma mərhələsindən tammiqyaslı yerləşdirmə mərhələsinə keçir.”

Yeni peyk şəbəkəsində 330 peykin aşağı Yer orbitində, 18 peykin isə orta Yer orbitində fəaliyyət göstərəcəyi bildirilib. Açıqlamada sistemin layihələndirilməsi, tutumu, istismara verilmə qrafiki, nəzərdə tutulan xərclər və özəl sektorun investisiyaları kimi əsas məsələlər üzrə razılığın əldə olunduğu qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram