Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib? | Banco.az

Apple və Samsung – a nə üçün PUL CƏZASI kəsilib?

İtaliya Rəqabət Qurumu “Apple”“Samsung” şirkətlərinə buraxdıqları telefon modellərinin bir müddət sonra qəsdən sürətini azaltmaları səbəbilə milyon avro dəyərində pul cəzası tətbiq edib.

Həmçinin oxu: “Samsung”-dan “Apple” şirkətini hədəf alan yeni reklam filmləri

Banco.az xarici mətbuata əsasən xəbər verir ki, “Apple” şirkətinə 10 milyon, “Samsung” şirkətinə isə 5 milyon avro dəyərində pul cəzası kəsilib.

Qərarla bağlı açıqlama edən qurum, “Apple”“Samsung” şirkətinin bu startegiyasını “ədalətli olmayan ticarət həmləsi” kimi dəyərləndirib.

Şirkətlər öz istifadəçilərini telefonlarını yeniləməyə təşviq etsə də, bu yeniləmələrin telefonlarını nə qədər yavaşladacağını qeyd etmir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: iPhone – u olmayan Apple səhmdarı kimdir?

“Samsung” şirkəti qərarla razılaşmadıqları üçün apelyasiya məhkəməsinə müraciət edəcəklərini elan edib.

“Apple” şirkəti isə mövzu ilə bağlı açıqlama etməyib.

Hər iki şirkət də Rəqabət Qurumunun verdiyi qərarı İtaliyadakı rəsmi saytlarında qeyd etmək məcburiyyətindədirlər.

Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu

Tamara Mustafayeva, Banco.az