Bu məqalədə loqolarda istifadə edilən mavi rəngin psixoloji təsirləri araşdırılmışdır.
Su və sülhlə əlaqələndirilən mavi rəng peşəkarlıq, nüfuz, güc, sədaqət və sükunəti təmsil edir.
Mavi peşəkarlığı, etibarlılığı və sağlamlığı baxımından özünə əmin olan şirkətlər üçün ideal seçimdir.
“WebPageFX” adlı veb dizayn və marketinq şirkətinin bu mövzuda hazırladığı məqaləyə görə, xüsusilə dəniz və səmanın sərinliyi ilə əlaqələndirilən mavi rəng qan təzyiqini aşağı salır və duyğuları sakitləşdirir. Eyni zamanda əminlik, inam, əmr və təmizlik kimi duyğuları da hərəkətə keçirə bilər.
Iştahanı nəzarətdə saxlayan mavi rəng soyuq rəng olaraq tanınır. Həmçinin səmanın və dənizin mavi olması səbəbindən insanın həyatında dəyişməz qalması kimi başa düşülür. Məhsuldarlığı artırdığına inanıldığı üçün ofislərdə ən çox istifadə edilən rəngdir.
Marketinq nöqteyi-nəzərindən baxdıqda müdaxilə edici olmayan və məhsuldar hesab edildiyi üçün xüsusilə də korporativ şirkətlərin loqolarında istifadə edilir. Mavi rəngin seçiminə xüsusilə proqram təminatı, maliyyə, əczaçılıq sənayesi, dövlət və banklarla əlaqəli müxtəlif şirkətlər tərəfindən üstünlük verilir.
İntel
Texnologiya şirkətlərinin bir çoxu mavi rəngin xarakterizə etdiyi inam və etibar hisslərini müştərilərdə formalaşdırmaq üçün bu rəngdən loqolarında istifadə edirlər ki, bu şirkətlərdən biri də ABŞ –ın “İntel” şirkətidir.
Ford
İnam və etibar duyğusu aşıladığına görə avtomobil şirkətləri də bu rəngə üstünlük verirlər. Dünyanın ən köklü avtomobil istehsalçılarından olan “Ford” şirkətini də bu mövzuda nümunə göstərə bilərik.
Samsung
Bir çox elektron avadanlıqlar istehsal edən şirkətlər də həmçinin mavi rəngdən məhz sağlamlıq hissi yaratmasına görə istifadə edirlər, çünki satın alınan elektronik məhsulun dayanıqlı olması hər bir istehlakçının prioritetidir. Bu səbəbdən Cənubi Koreya elektronik avadanlıqlar istehsalçısı “Samsung” şirkəti də bu rəngdə loqoya sahibdir.
Sosial media şəbəkələrindən söhbət gedirsə, diqqət çəkilmək istənilən duyğu təbii ki, etibarlılıqdır. Facebook və twitter başda olmaqla bir çox sosial media platformasının loqosunda istifadə olunan əsas rəng mavidir.
Pepsi
Dünyanın ən böyük içki istehsalçılarından biri olan və “Coca-Cola” firmasının ən böyük rəqibi “Pepsi” – nin loqosunda qırmızı və ağ rənglə yanaşı mavi rəng də vardır. “Pepsi” şirkətinin bu seçimin də səbəbi müştərilərdə inam hissinin formalaşdırılmasıdır.
Iş dünyası ilə əlaqəli sosial media şəbəkəsi olan LinkedIn təxmin edə biləcəyiniz kimi mavi rəngin məhz peşəkarlıq duyğusunu ötürməsi səbəbindən bu rəngdən istifadə edir. Bu baxımdan marka ilə rəngi və məqsədi ən çox uyğun gələn şirkətlərdən biri olduğunu deyə bilərik.
Tamara Mustafayeva, banco.az