Apple yeni “iPhone” – ları və ağıllı saatını tanıtdı - QİYMƏTLƏR | Banco.az

Apple yeni “iPhone” – ları və ağıllı saatını tanıtdı - QİYMƏTLƏR

Amerikanın texnologiya nəhəngi “Apple”, yeni ağıllı telefon modelləri iPhone XS, iPhone XS MaxiPhone XR ilə yeni ağıllı saat modeli Apple Watch 4 seriyasını tanıdıb.

Image result for iphone xs

Yeni telefon modellərinin başlanğıc qiyməti ardıcıllıqla 999 dollar, 1099 dollar və 749 dollar olaraq müəyyən edilib.

Kaliforniyada yerləşən baş qərargahı “Apple Park” – da keçirilən təqdimat mərasimində şirkət yeni ağıllı telefon modellərinin tanıdımını keçirib.

Yeni modellərin, ötən il bazara çıxarılan iPhone X modeli kimi demək olar ki bütünlüklə “kənardan kənara” (edge-to-edge) ekrana sahib olduğu görülüb.

Təqdimatda “super retina display” OLED texnologiyasına sahib iPhone XSiPhone XS Max – ın ardıcıllıqla 5,8 inç (14,7 sm) və 6,5 inç (16,5 sm) ekranının olduğu qeyd edilib.

Hər iki telefonun arxa kamerası 12, ön kamerası isə 7 meqapikseldir. Bu yeni modellər iPhone X ilə müqayisədə iPhone XS 30 dəqiqə, iPhone XS Max isə 90 dəqiqə daha çox enerji saxlaya bilir.

iPhone XR modelində isə digər iki yeni modeldən fərqli olaraq “super retina display” OLED texnologiyası əvəzinə “liquid retina display” LCD texnologiyasının istifadə edildiyi və ekran ölçülərinin 6,1 inç (15,5 sm) olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Təqdimatda 64 GB, 256 GB VƏ 512 GB daxili yaddaşa malik yeni modellərin, qızılı və boz rənglərdə bazara çıxarılacağı bildirilib.

iPhone XR modelinin isə ağ, qara, mavi, çəhrayı, sarı və qırmızı rənglərlə istifadəçilərin bəyənisinə təqdim ediləcəyi vurğulanıb.

Qeyd edək ki, yeni modellərin buraxılması səbəbilə iPhone 7 modelinin qiyməti 449 dollar, iPhone 8 modelinin isə 599 dollara düşərkən, “Apple” şirkətinin rəsmi internet saytından 1 il öncə buraxılan iPhone X modelinin götürülməsi diqqət çəkib və həmin modelin artıq istehsal edilməyəcəyi ehtimalını gündəmə gətirib.

Apple Watch 4

Related image

Şirkət, yeni ağıllı saatı Apple Watch 4 – ün də artıq bütünlüklə “kənardan kənara” (edge-to-edge) ekrana sahib olacağını elan edib.

Nəbzin ölçülməsi kimi yeni xüsusiyyətləri özündə ehtiva edən Apple Watch 4 – ün əsas diqqət çəkən xüsusiyyəti isə tək toxunuşla 30 saniyə ərzində ürəyin elektrokardioqrafiyasını (EKQ testi) həyata keçirə bilməsidir.

Təqdimatda modelin bu xüsusiyyəti vasitəsilə istifadəçilərin, EKQ testlərinin nəticələrini iPhone və ya iPad – lərində görə biləcəkləri və həkimlərinə göndərə biləcəkləri bildirilib. Yeni modelin ilkin bazar qiyməti 279 dollar olaraq müəyyən edilib.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et