"Huawei" iPhone almaq üçün növbədə gözləyənlərə belə JEST ETDİ | Banco.az

"Huawei" iPhone almaq üçün növbədə gözləyənlərə belə JEST ETDİ

“Apple” şirkətinin yeni ağıllı telefonlarını bazara çıxardıqdan sonra rəqibləri tərəfindən cihazların fərqli xüsusiyyətlərinə görə tənqid olunduğunu yazmışdıq. Hətta rəqib firmalar bu vasitə ilə yeni reklam kampaniyaları başlatmışdılar.

Həmçinin oxu: Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları

Bu tendensiyadan geri qalmayan dünyanın ən böyük ikinci telefon markası olan “Huawei”, iPhone Xs, iPhone Xs MaxiPhone XR modellərinin tanıdıldığı tədbirdən dərhal sonra “Apple” – a “sataşan” bir tweet atmışdı, bu dəfə isə fərqli bir addım atıb.

Bildiyiniz kimi “Apple” həvəskarları dünyanın hər yerində məşhurdur. Hər bir tədbiri yaxınlan izləyib hər yeni məhsulu buraxıldığı an almağa çalışırlar. Çinin ağıllı telefon markası “Huawei” də Sinqapurda yerləşən bir Apple mağazasının qarşısında iPhone almaq üçün növbə gözləyən müştərilərə “Buna ehtiyacın olacaq” yazılan bir qutuda enerji bankı (power bank) paylayaraq “Apple” – ın enerji saxlama problemini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

g5p67f - Huawei iPhone İçin Sıraya Girenlere Power Bank Dağıtarak Apple ile Dalga Geçti

Beləliklə də “Huawei” gündəmə gəlib və 16 oktyabr tarixində keçiriləcək təqdimat mərasimi üçün diqqətləri öz üzərinə çəkib.

tfyfeo - Huawei iPhone İçin Sıraya Girenlere Power Bank Dağıtarak Apple ile Dalga Geçti

Qeyd edək ki, “Huawei” – in payladığı 10.000mAh tutumlu enerji banklarının satış qiyməti 59 dollardır.

Həmçinin oxu: Feminist qadınlar nə üçün yeni iPhone – ları BƏYƏNMİR?

Tamara Mustafayeva, Banco.az