Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları | Banco.az

Yeni iPhone modellərinə “sataşan” reklam kampaniyaları

Ötən məqalələrimizdən birində “Apple” şirkətinin 12 sentyabr tarixində həyata keçirdiyi tədbirdə yeni cihazlarını tanıtması barəsində yazmışdıq. Təbii ki, təqdimatda ən çox diqqət çəkən cihazlar yeni iPhone modelləri oldu. “Apple” şirkətinin rəqibi olan digər ağıllı telefon istehsalçıları başda olmaqla, müxtəlif markalar da şirkətin yeni telefonlarına “sataşmaq” fürsətini əldən buraxmadılar. Yeni iPhone modelləri üzərindən reklam kampaniyası həyata keçirən markalara nəzər salaq.

Həmçinin oxu: iPhone - nun qiyməti 3 dəfə artdı

SkyScanner Sinqapur

“SkyScanner” Sinqapur yeni iPhone modellərinin qiyməti ilə bağlı olduqca maraqlı bir reklam kampaniyasına imza atdı. Bilməyənlər üçün qeyd edək ki, iPhone Xs – in rəsmi satış qiyməti 999 dollar, iPhone Xs Max – ın rəsmi satış qiyməti 1099 dollar və iPhone Xr – in rəsmi satış qiyməti isə 749 dollardır. Şirkətin telefonlarının tənqid olunduğu əsas məqam da məhz yüksək qiymətləridir. Reklam kampaniyasında bu məqama diqqət çəkən “SkyScanner” Sinqapur iPhone Xs – i və qiymətini internet saytlarına yerləşdirdi. Bununla da sayt vasitəsilə hər hansı bir təyyarə reysi axtaran istifadəçilər, satın almaq istədikləri təyyarə biletinin qiymətinin iPhone Xs - ə nəzərən nə qədər ucuz olduğunu görürlər.

“Facebook” – da paylaşılan yuxarıdakı post da isə bir Avropa səyahətinin qiyməti ilə iPhone Xs – in qiyməti qarşılaşdırılır. Qeyd edək ki, iPhone Xs – in qiymətindəki fərqlilik isə valyutanın Sinqapur dollarına çevrilməsindən qaynaqlanır. Bununla da Sinqapurda yaşayan bir insan üçün iPhone Xs – in qiyməti 1649 Sinqapur dolları ikən, Avropaya uçuşun qiyməti isə 1443 dollardır.

9gag

Ən sərfəli kredit üçün müraciət et

İnternet dünyasının ən populyar yumoristik platformalarından biri olan 9gag, “Apple” – in təqdimatından sonra markanın yenilik anlayışına zarafatyana yanaşan 44 saniyəlik bir video paylaşdı və bu video qısa müddət ərzində yayıldı. Videoda ilk olaraq ötən il buraxılan iPhone X – in ekran görüntüsü bu il tanıdılan iPhone Xs – in ekran görüntüsü ilə dəyişdirilir və iPhone X – in adına “s” hərfi əlavə edilir. Daha sonra isə bu telefonun ölçüləri böyüdülərək iPhone Xs – in adının yanına “Max” ifadəsi əlavə edilir.

Huawei

Videonu izləmək üçün linkə keçid edin: https://bit.ly/2xoCZgN

Çinin ağıllı telefon istehsalçısı “Huawei” rəsmi Twitter hesabından “Apple” – in diqqətə layiq yenilik mövzusunda konservativ davranmasını vurğulayaraq bir video ilə birlikdə “Bəzi şeyləri eyni saxladığınız üçün təşəkkür edirik. Londonda görüşərik. 16.10.18” şəklində tweet atdı. Şirkətin tweet – də qeyd etdiyi 16 oktyabr tarixi isə markanın yeni telefonu “Huawei Mate 20” modelini tanıdacağı tarixdir. Yəni, Çinli marka bu paylaşımla “Huawei Mate 20” modelininin iPhone – a görə daha yenilikçi bir telefon olacağını vurğulayıb.

Samsung Türkiyə

Hazırda ağıllı telefon bazarında “Apple” şirkətinin ən böyük rəqibi olan “Samsung” da yeni iPhone modellərinə “sataşmaq” fürsətini qaçırmadı. Ancaq bunu edən Samsung Global hesabı deyil, Samsung Türkiyə idi. Yeni iPhone – ları ötən ay bazara çıxarılan Samsung Galaxy Note 9 ilə müqayisə edən Samsung Türkiyə rəsmi Twitter hesabı telefonun proqram xüsusiyyətlərinə diqqət çəkərək “Sonsuz ekran, Yenilənmiş S Pen, 400 mAh Batareya, su-karbon Soyuducu Prosessor” yazdı və sonda #GalaxyNote9 və #GücüKeşfet həştəqləri ilə birlikdə “Mübahisə sona çatmışdır.” ifadəsini qeyd etdi.

Həmçinin oxu: “Samsung”-dan “Apple” şirkətini hədəf alan yeni reklam filmləri

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et