Almaniya 2027-ci ilin büdcəsini təsdiqləyib | Banco.az

Almaniya 2027-ci ilin büdcəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya 2027-ci ilin büdcəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Almaniya Federal Məclisi (Bundestaq) koalisiya hökumətinin ümumilikdə 210,4 milyard avro yeni borclanma nəzərdə tutan 2027-ci il büdcəsini təsdiqləyib.

Berlin şəhərində Bundestaqda keçirilən və 577 deputatın iştirak etdiyi səsvermədə Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) koalisiyasının dəstəyi ilə 317 deputat lehinə, 260 deputat isə əleyhinə səs verib.

Büdcəyə əsasən, Almaniya hökuməti gələn il əsas büdcə xərclərini 6 faiz artıraraq təxminən 555,9 milyard avroya çatdırmağı, vergi gəlirlərini isə 391,2 milyard avro səviyyəsində proqnozlaşdırır.

İnfrastruktur və iqlim neytrallığı üzrə xüsusi fonddan 57,8 milyard avro, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) xüsusi fondundan isə 29,6 milyard avro nəzərdə tutulmaqla ümumi yeni borclanmanın 210,4 milyard avroya çatacağı gözlənilir. Bu məbləğin COVID-19 pandemiyasının yaşandığı 2021-ci ildəki 215,4 milyard avrodan sonra ölkə tarixində ikinci ən yüksək borclanma göstəricisi olacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram